Dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music” Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.
Kulis.az türk mediasına istinadla xəbər ki, “Universal Music” öz işçilərinə maaş verməyə davam edəcək, lakin leybl ilə əməkdaşlıq edən musiqiçilərin səs yazısı dayandırılacaq.
Qeyd edək ki, Rusiyada şirkətin eyni adlı törəmə şirkəti var, onunla 50-dən çox ifaçı əməkdaşlıq edir.