Öncə Tanrı idim – ŞEİRLƏR

Öncə Tanrı idim – <span style="color:red;">ŞEİRLƏR
10 avqust 2015
# 19:30

Kulis gənc şairə Könül Həsənqulunun yeni şeirlərini təqdim edir

City smile

Təbəssüm deyildi üzümdəki

Vidalaşarkən trotuarda...

Boynunu qucaqlamaqdı o –

Bir üzükirli

Ayaqyalın uşaq tarlada

Qol açıb günəbaxanları

Qucaqladığı kimi

Tanrının süqutu

Meh əsincə titrəyən o köhnə

O taxta qapıların

Narahatlığı var ürəyimdə


Lal gecədə

Kədərli ay susqunluğu –

O ölüm xofu

Bəndə xofu

Qatar kimi bölər bir Tanrını içimdə

Mən

Böyük rüzgarlara

Qanadlarını qopduran böcəyəm


Öncə Tanrı idim

Dubia plus torquent mala - Naməlumluq hər bəladan ağırdır (lat.)

Öləndə xaçmı düşəcək əlimdən döşəməyə

Kitabmı?

Bilmirəm...

Hələ ki, arabalarda yol gedirəm

Fincanda aç falı qaraçı

Çapıq-çapıqdır ovcum dar yolların izindən

Yastığa baş qoymaq üçün gecələr

canavar ürəyi yeyirəm

Qorxularım var gecədən

Rəngli yuxular görürəm:

Dünən Ay yuvarlanırdı dağın ətəyindən

Əl uzadıb qəfildən tutdum Ayı

Canavar qanına bulandı Ayın alnı!

Köynəyinin altında parıldayan o gümüş xaçı

Aç boynundan xəlvətcə

Qaraçı

Uzat mənə -

Dünən Ay yaralandı!

Bu gecə qan ləkəsi var göy üzündə!

Ayı ovcunda tutub ağlayır Tanrı...

Qoy sübhəcən nəğmələr oxusun o arabaçı

Qamçılar oyatsın yuxudan mürgüləyən atları!!

Sənsəəə

Pıçılda qulaqlarıma latınca

Qədim duaları

Bəlkə

Sabah

Günəş doğmadı...

# 1131 dəfə oxunub

Müəllifin son yazıları

# # #