Bakıda xüsusi endirimli kitab sərgisi açıldı

Bakıda xüsusi endirimli kitab sərgisi açıldı
6 oktyabr 2023
# 12:25

"Qanun" Nəşrlər Evinin qarşısında xüsusi endirimli kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə Azərbaycan, türk, rus və ingilis dillərində 30 faizdən 50 faizədək endirimli minlərlə kitab, kitab aksesuarı, eyni zamanda 1, 2, 3 manata 500 adda müxtəlif mövzulu nəşr nümunəsi əldə etmək mümkün olacaq.

Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgi oktyabrın 15-dək hər gün səhər saat 10-dan axşam saat 20-dək davam edəcək.

# 951 dəfə oxunub

Müəllifin son yazıları

# # #