Şərif Ağayar Yazıçılar Birliyindən çıxarıldı

Şərif Ağayar Yazıçılar Birliyindən çıxarıldı
4 iyun 2013
# 15:06

"Şərif Ağayar Fikrət Qocanın ünvanına ağır sözlər dediyinə görə Yazıçılar Birliyindən çıxarılıb. Bu gün səhər saatlarında onun məsələsi katiblikdə müzakirə edilərək belə bir qərar qəbul olunub".

Bunu Kulis.Az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

Kulis.Az-a danışan Şərif Ağayar Yazıçılar Birliyini irtica yuvası adlandırıb: "Fikrət Qoca məsələsi sadəcə bəhanədir. Fikrət Qocayla 100 dəfə məzələnmişəm. Onlarla ciddi danışmaq mümkün deyil. Bu sadəcə bir bəhanə oldu. Yazıçılar Birliyimdən çıxarılmağımın kökündə çox ciddi səbəblər var. Anar istedadlı və ləyaqətli adamları sevmir. Mən hər zaman sözün düzünü demişəm. Bir dəfə qurultay qabağı AYB-ni tərk etmişdim. Mədəniyyət Nazirliyinə işə düzələndə bərpa etdilər. Mənə elə gəlir ki, həqiqət öz yerini tutdu. Sevinirəm ki, Anarın başçılığı ilə aparılan ədəbi separatçılığın, monopoliyanın yanında deyiləm, indi sözün, həqiqətin, ləyaqətli insanların yanındayam. Bu bir bəhanədir. Onunla 100 dəfə məzələnmişəm. İnsanları dolayıblar. AYB-də musiqili komediya gedir, rejissoru da Anardır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ş. Ağayar aznews.az saytında xalq şairi Fikrət Qocanın tutduğu vəzifədən istifadə edərək yazıçılara verilən evlərdən evi ola-ola oğluna da ev verdirdiyini söyləmişdi.

# 3470 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #