Mənsur İsrafilov: “Tehranda son tanqo”-Ən qısa hekayə

Mənsur İsrafilov: “Tehranda son tanqo”-Ən qısa hekayə
26 dekabr 2013
# 14:00

Kulis.az Mənsur İsrafilovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Tehranda son tanqo” (225 işarə) hekayəsini təqdim edir.

Səssiz bir sükut çökmüşdü şəhərə. Şahın sarayında yığıncaq idi. Qonaqların gözü tongo rəqsini edən çütlüyü izləyirdi.

Birdən otağa çaparaq bir şəxs daxil oldu. Şahın qulağına pıçıltı ilə dedi:

- Şah həzrətləri, bu sizin Tehrandakı son tangonuzdu. Mollalar gəlir!

# 2411 dəfə oxunub

Müəllifin son yazıları

# # #