Məşhur türk yazarın yeni kitabı Azərbaycanda

Məşhur türk yazarın yeni kitabı Azərbaycanda
17 yanvar 2013
# 16:40

Türkiyəli məşhur yazıçı, son dövrlərdə kitab satışında rekord nəticələr göstərən Sinan Yağmurun Azərbaycanda artıq üçüncü kitabı çap olunub.

ANN.Az-ın verdiyi xəbərə görə, əvvəllər “Eşqə səfər” və “Eşqin göz yaşları-Təbrizli Şəms” kitablarını yayımlayan “İQRA” nəşriyyatı bu dəfə oxucularının qarşısına “Eşqin Göz yaşları-Hz. Mövlana” kitabı ilə çıxıb.

Xatırladaq ki, Sinan Yağmurun kitablarının müstəsna yayım hüququna malik nəşriyyat bundan sonra da yazarın əsərlərini çap etməyə davam edəcək. Kitabları şəhərimizin kitab mağazalarından, metroların giriş və çıxışlarından əldə etmək mümkündür.

# 2808 dəfə oxunub

Müəllifin son yazıları

# # #