Əməkdar artist Xumar Qədimova sözləri Xalq şairi Ramiz Rövşənə, musiqisi özünə məxsus olan "Yavaş-yavaş sevdim səni" adlı mahnı və ona çəkilən klipini təqdim edib.
Axşam.az xəbər verir ki, mahnı ilk dinləmədən heyrət yaradır - musiqi, söz, ritm, ifa tandemi mükəmməlliyi ilə Xumar Qədimova özəlliyini qoruyub saxlayıb.
Eyni zamanda nəğmədə dinləyicini ovsunlayan “Şeyx”in özünəməxsus səsi var ki, Xumar onun kimliyini hələlik açıqlamır. Mahnı müğənninin rəsmi “Youtube” kanalına yerləşdirilib.
- Məşhur aktyorun həyatı kitab oldu
- Pilotlar və Hökumə Əliyeva II Fəxri Xiyabanda dəfn ediləcək
- Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Qeyd edək ki, klipin ideyası X.Qədimovanın özünə məxsusdur.