Çingiz Abdullayevdən 25 min manat açıqlaması

Çingiz Abdullayevdən 25 min manat açıqlaması
23 yanvar 2015
# 11:26

“Mənim bu məsələlərdən xəbərim yoxdur. Xaricdən yeni gəlmişəm”.

Bunu Kulis.az-a verdiyi açıqlamada Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

Çingiz Abdullayev daha sonra bildirib: “Düzü bu mövzudakı materialları oxumuşam və bütün məlumatım bundan ibarətdir. Ona görə sizə əlavə bir şey deyə bilməyəcəyəm. Mən ancaq məlumatım olan şeylərdən danışıram. Bu mövzu katiblikdə müzakirə olunmayıb”.

Xatırladaq ki, AYB-nin gənclər katibi Rəşad Məcid “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada bildirib ki, gənc yazar Ayxan Ayvazı mütləq məhkəməyə verib, mənzil bölgüsündə ona verilən 25 min manat pulu geri almaq lazımdır.

Ayxan Ayvaz adıçəkilən qəzetə verdiyi müsahibədə AYB rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirmişdi.

# 2108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #