"Aparırıq göyləri getdiyimiz yerə biz" - Günün şeiri

"Aparırıq göyləri getdiyimiz yerə biz"  - Günün şeiri
23 avqust 2023
# 12:01

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində Ceyms Tomsonun "Qatarda" şeirini təqdim edir.

Bir uzaq yol gedirik bu gecə qatarla biz,
Sanki geri qayıdır bütün ağaclar, evlər.
Düşərək dalımızca sanki izləyir bizi
Düzənlik üstündəki böyük ulduzlu göylər.

Ey bu geniş göylərin nur saçan ulduzları –
Ey bu zülmət meşənin gümüş göyərçinləri,
Dəstəylə arxamızca uçun bu boz dünyada,
Yoldaş olun bizə siz, birgə gəzək hər yeri.

Biz həmişə qorxmadan irəli gedəcəyik;
Mənzil nə qədər uzaq, uçuş ağır olsa da.
Aparırıq göyləri getdiyimiz yerə biz
Yer ayağımız altdan sürüşüb çıxan anda.


Tərcümə: Azər Ərzi

# 913 dəfə oxunub

Müəllifin son yazıları

# # #