“Aydın yol” qəzetinin ilk sayı işıq üzü gördü

“Aydın yol” qəzetinin ilk sayı işıq üzü gördü
24 oktyabr 2014
# 10:50

Bu gün Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzetinin ilk sayı satışa çıxıb. Kulis.Azın məlumatına görə qəzetdə Xalq yazıçısı Elçinin müsahibəsi, Xalq şairi Vaqif Səmədoğlunun, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin müəllif yazıları yer alır.

Bundan başqa Sevinc Fədainin Azərbaycan dilinin problemlərinə toxunan “Arayış verilir ondan ötəri ki...”, Kənan Hacının tərcümə problemlərindən bəhs edən “Sizif haqqında yarımçıq mif”, Nərgiz Cabbarlının uşaq nağılları qəhrəmanlarından bəhs edən “Uşaqlara böyük hədiyyə” və başqa məqalələri oxuya bilərsiz.

“Aydın yol” qəzetinin ilk sayında 2014-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Modianonun “Qaranlıq dükanlar küçəsi” romanından bir parça, Saday Budaqlının “Bir yaz günü” hekayəsi və Əlisəmid Kürün şeirləri də təqdim olunur.

Xatırladaq ki, qəzetin baş redaktoru Fəxri Uğurludur.

# 1971 dəfə oxunub

Müəllifin son yazıları

# # #