"Terminator" animasiya serialı yayımlanacaq

"Terminator" animasiya serialı  yayımlanacaq
14 noyabr 2023
# 10:21

Netflix "Terminator" franşizasına əsaslanan yeni animasiya seriyasını yayımlamağa hazırlaşır.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, serialda yeni personajlar yer alacaq.

Ekran işinin ssenari müəllifi Mettson Tomlindir.

Serialın premyerasının tezliklə baş tutacağı bildirilir.

Qeyd edək ki, “Terminator” franşizası bu günə qədər dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edib.

# 491 dəfə oxunub

Müəllifin son yazıları

# # #