Mirzə Cəlilə həsr olunmuş xüsusi buraxılış

Mirzə Cəlilə həsr olunmuş xüsusi buraxılış
5 aprel 2013
# 09:13

«Oğuz eli» qəzetinin «Yazıçı» adlı xüsusi buraxılışı çap olunub. «Yazıçı» Azərbaycanın böyük maarifçi ədibi Cəlil Məmmədquluzadəyə həsr olunub.

Buraxılışda Rəsul Rzanın, Məmməd Arazın Mirzə Cəlilə həsr olunmuş şerləri, Anarın, Elçinin, Tofiq Hacıyevin, Kamil Vəli Nərimanoğlunun, Kənan Hacının, Qan Turalının, Əsəd Cahangirin, Elnarə Akimovanın, Nərgiz Cabbarlının, Fazil Mustafanın və başqa ictimai və ədəbiyyat xadimlərinin, tənqidçilərin məqalələri dərc olunub.

Qəzetdə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanıma, oğlu Midhətə məktubları, felyetonları, «Molla Nəsrəddin» jurnallarının məşhur karikaturaları da dərc olunub. Jurnalda «Molla Nəsrəddin” jurnalının senzuradan keçməyib üzəri örtülmüş karikaturalar var.

# 2725 dəfə oxunub

Müəllifin son yazıları

# # #