Kann kinofestivalının jüri sədri bəlli oldu

Kann kinofestivalının jüri sədri bəlli oldu
27 fevral 2019
# 10:50

Kann kino festivalının jüri heyətinin sədri bəlli olub.

Kulis.azın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 72-ci Kann kinofestivalının münsiflər heyətinə meksikalı rejissor Alexandro Qonsales İnyarittu rəhbərlik edəcək.

“Kino planetin “qan damarları”, Kann festivalısa onun “ürəyi”dir. Mən bu il bura qayıtmağıma çox şadam və jüri heyətinə sədrlik edəcəyimdən qürur duyuram! – deyə İnyarittu şərh verib.

Meksika kinorejissoru, prodüser, bəstəkar Alexandro İnyarittu Qonsales hələ 2006-cı ildə Kann kinofestivalında “Babil” filminə görə ən yaxşı rejissor işi nominasiyasının qalibi olmuşdu. 2015-ci ildə “Birdman” filminə görə “Ən yaxşı film nominasiyasında “Oskar” mükafatı da qazanmışdır.

# 1282 dəfə oxunub

Müəllifin son yazıları

# # #