Gənc bəstəkarımız Parisdə konsert verəcək

Gənc bəstəkarımız Parisdə konsert verəcək
25 avqust 2016
# 11:23

Sentyabrın 8-də gənc və istedadlı bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.

Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb.

O, həmçinin Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub. /Azərtac/

# 960 dəfə oxunub

Müəllifin son yazıları

# # #