Zəlimxan Yaqub vəfat etdi

Zəlimxan Yaqub vəfat etdi
9 yanvar 2016
# 17:01

Zəlimxan Yaqub vəfat edib. Bu barədə Kulisə şairin oğlu Bəhlul xəbər verib.

Zəlimxan Yaqub bu gün 16:00 radələrində evində vəfat edib. Xatırladaq ki, xalq şairi böyrək çatışmazlığından əziyyət çəkirdi.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb. 1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Allah Rəhmət eləsin!

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #