Kinostudiya ssenari müsabiqəsi elan etdi

Kinostudiya ssenari müsabiqəsi elan etdi
12 aprel 2016
# 17:01

“Azərbaycanfilm” kinostudiyası yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edib.

Kinostudiyadan APA-ya verilən məlumata görə, müsabiqəMədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçiriləcək.

Müsabiqəyə müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Ssenarilər mayın 11-dək qəbul ediləcək. Müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur və bir müəllif istənilən sayda ssenari təqdim edə bilər.

Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə [email protected] və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır.

Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər.

Kinostudiyadan bildiriblər ki, hər hansı istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər diskvalifikasiya olunacaq. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan ediləcək. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər.

Qeyd edək ki, 2015-ci ildə istehsal olunan “Şəhər motivləri 4.1” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olub. Dörd gənc rejissorun lentə aldığı “40-cı paraleldə” adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanıb.

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

# # #