"Cib kitabı" seriyasından növbəti kitab

"Cib kitabı" seriyasından növbəti kitab
29 noyabr 2013
# 14:37

“Zero” nəşriyyatında “Cib kitabı"” seriyasından yazıçı Azad Qaradərəlinin “Burada kişi var?!” adlı hekayələr kitabı nəşr olunub.

Yazıçının bu kitabında son bir neçə ildə yazdığı hekayələr toplanıb. Bu hekayələrin qəhrəmanları içdən sınmış, yaxud sındırılmış adamlardır. Kimi yurd itirib, kimi ailəsini, kimi də mənliyini və insanlığını. Burada şəhər və kənd səfillərinə (“bomj”lara), küçə süpürməyə məcbur edilmiş ali təhsilli insanlara, qaçqınlara, özünü azdırmağa aparanlara, yad yerdə sevgi gəzənlərə, fəlsəfəsi asvalta sərili qalanlara, rayon camaatı rahat çıxa bilsin deyə sinəsini düşmən gülləsinə sipər edənlərə... rast gələcəksiniz.

Kitabı “Bakitab”, “Bukinist”, “Bakumoz”, “Yeraltı”, “Akadem-Kitab”, habelə “Nizami”, “28 may”, “İnşaatçılar” metrosunun ətrafındakı mağazalardan və bir sıra başqa satış nöqtələrindən əldə etmək olar.

www.ANN.Az

# 1435 dəfə oxunub

Müəllifin son yazıları

# # #