"Rus Bukeri"nin uzun siyahısı açıqlandı

"Rus Bukeri"nin uzun siyahısı açıqlandı
10 iyul 2015
# 09:15

9 iyulda Moskvada “Rus Bukeri” mükafatının 2015-ci il qaliblərinin uzun siyahısı açıqlanıb.

Ölkəsindən asılı olmayaraq, rus dilində yazılan ən yaxşı romana verilən bu mükafatın builki uzun siyahısına 24 roman düşüb.

Onların arasında Vasiliy Golovanovun “Xəzər kitabı”, Tatyana Moskvinanın “Sovet qızının həyatı”, Mariya Rıbakovanın “İnsan qaralaması”, Vladimir Şpakovun “Balinaların nəğməsi”, Gözəl Yaxinanın “Züleyxa gözlərini açır” romanları var.

“Münsiflər heyəti ən müxtəlif ədəbi ənənələr və mövqelərin geniş spektri ilə qarşılaşıb. Qısa siyahıya düşmək uğrunda müasir ədəbiyyatın fantastika və realizm, belletristika və etiraf kimi böyük istiqamətləri yarışacaq”, - münsif yazıçı Andrey Volos deyib.

Altı finalçıdan ibarət qısa siyahı 9 oktyabrda məlum olacaq, qalibin adı isə 3 dekabrda açıqlanacaq.

“Rus Bukeri” mükafatı 1992-ci ildə yaradılıb. Keçən il bu mükafatı “Misirə qayıdış” romanıyla Vladimir Şarov almışdı. /Oxu zalı/

# 1612 dəfə oxunub

Müəllifin son yazıları

# # #