Çin əsilli Amerika yazıçısı Ted Çanın "Sənin həyat tarixçən" adlı povesti işıq üzü görüb.
Kitab "Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər" hərəkatı tərəfindən çap edilib.
Hərəkatdan verilən məlumata görə, "Elm və Təhsil" nəşriyyatında çap olunan kitabın tərcüməçisi və ön sözün müəllifi şair-tərcüməçi Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir.
- “Azdrama”nın sözçüsü od püskürdü: “Sizə görə xəcalət çəkirəm”
- “Vətənin pərvəri ol”müsabiqəsi başladı
- Əzizə Musatafazadə 13 il sonra yeni albom buraxdı
Eelmi-fantastik janrda yazılan “Sənin həyat tarixçən” povesti 1998-ci ildə işıq üzü görüb. 1999-2003-cü illərdə beş müxtəlif ədəbiyyat mükafatına layiq görülüb:
Povest əsasında "Arrival" ("Gəliş") filmi çəkilib.
Yaxın günlərdə təqdimatı baş tutacaq kitabın şüarı belədir: "Gələcəyi xatırlamağa hazırsanmı?"