"Charle Hebdo"nun nəşri təxirə salınıb

"Charle Hebdo"nun nəşri təxirə salınıb
31 yanvar 2015
# 21:40

Məhəmməd peyğəmbərin karikaturalarını çap etdiyi üçün Parisdə radikal islamçıların hücumuna məruz qalan və əksər əməkdaşları qətlə yetirilən "Charle Hebdo" jurnalının yeni sayının nəşri təxirə salınıb.

Jurnalın təmsilçisi Anna Omel deyib ki, kollektiv matəm içindədir, yorulub və yeni sayın nəşrinə hazır deyil.

"Charlie Hebdo"nun yeni sayı fevralın 4-də satışa çıxmalıydı.

Amma jurnaldan onu da deyiblər ki, yeni sayın nə vaxt nəşr olunacağı bilinməsə də, jurnal öz fəaliyyətini mütləq davam etdirəcək.

Terror hücumundan sonra jurnalın sağ qalan əməkdaşları bir nömrə hazırlayıb çap etdirmiş və həmin say 5 milyon nüsxədən artıq satılmışdı.

Jurnalın tirajı hücumdan əvvəl 60 min nüsxə olduğu halda.

Həmin sayda da Məhəmməd peyğəmbərin karikaturası çap edilmiş və bu, müsəlman ölkələrində etirazlara səbəb olmuşdu.

Azadlıq Radiosu

# 1104 dəfə oxunub

Müəllifin son yazıları

# # #