Təkcə dəniz imiş örtən hər yeri - Günün şeiri

Xorxe Luis Borxes, argentinalı yazıçı, şair

Xorxe Luis Borxes, argentinalı yazıçı, şair

24 avqust 2022
# 14:00

Bu gün dahi Xorxe Luis Borxesin doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən Borxesin “Dəniz” şeirini təqdim edir.

Bəşəri təxəyyül düşünməmişdən
Kainat haqqında əsatirləri;
Zaman da günlərə bölünməmişdən
Təkcə dəniz imiş örtən hər yeri.

Kimdir ki bu qədim, bu yaman dəniz?
Gəmirir torpağı o, dirək-dirək.
Yekparə vücudla pərişan dəniz,
Parlaq bir uçurum, uğurlu külək...

Hey ilk dəfə görür onu hər baxan
Gözəl bir axşamdan, ay işığından,
Tonqaldan doğulan saf heyrət ilə...

Kimdir ki bu dəniz? Bəs özüm kiməm?...
Sonuncu əzabım baş verdiyi dəm
Dərk edib anlaram nəhayətində...

İspancadan tərcümə: Firudin Həmidli

# 3753 dəfə oxunub

Müəllifin son yazıları

# # #