Məşhur türk sənətçiləri həbs olundu

Məşhur türk sənətçiləri həbs olundu
16 oktyabr 2015
# 11:03

Türkiyənin məşhur sənətçilərinə narkotik ittihamı ilə 10 ay həbs cəzası verilib.

Türkiyə mətbuatına istinadən məlumat verir ki, aralarında Kənan İmirzalıoğlu, Hakan Yılmaz, Murad Yıldırım kimi tanınmış aktyorların da olduğu, Sarp Apak, Şahin İrmak, Engin Günaydın, Ersin Korkut, tanınmış müğənni Mehmet Erdəm, aktrisa Duyqu Yetiş, Murat Erkən, Koray Candəmir, Onur Buldu və Cəmil Büyükdöğərli kimi məşhurların məhkəmə prosesi başa çatıb.

Adıçəkilən məşhurlara "narkotik maddə istifadə etmək” ittihahım ilə 10 ay həbs cəzası verilib. İstanbul 19-cu Ağır Cəza Məhkəməsində baş tutan proses zamanı məşhurların vəkilləri onların narkotik maddədən ölkə xaricində istifadə etdiklərini sübut gətirərək bəraət qazanmalarına çalışsalar da, cəhdlər heç bir nəticə verməyib.

10 ay həbs cəzasının icrasını təxirə salan məhkəmə günahkarların 5 ay sınaq müddətinə cəlb edilməsinə hökm çıxarıb. /baku.ws/

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #