Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq

Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq
16 sentyabr 2024
# 10:30

Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci mövsümün ilk premyerası – dünyaşöhrətli yazıçı Anton Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən: Bəhram Osmanov) tamaşası olacaq.

Kulis.az xəbər verir ki, janr etibarilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.

Tamaşanın plastik həlli teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyevə aiddir.

Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin əks olunduğu səhnə əsərində hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur. Pantomim hərəkətlərinin istifadə edildiyi bu tamaşada, əslində, real həyatda baş verən neqativ hadisələr sətiraltı ifadələrlə vurğulanır və nəticədə bəzən ağıllı, tədbirli insanların öz layiqli yerində olmadığı, əksinə, alçaldılaraq dəli yerinə qoyulduğu obrazlı şəkildə təqdim olunur.

Bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşada obrazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandıracaqlar.

# 546 dəfə oxunub

Müəllifin son yazıları

# # #