Rus Dram Teatrında premyera olacaq

Rus Dram Teatrında premyera olacaq
20 fevral 2018
# 10:03

Fevralın 24-də Rus Dram Teatrında yeni premyera olacaq.

Kulis.azın verdiyi xəbərə görə, tamaşaçılar bu dəfə Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında hazırlanmış “Kraliçanın son ehtirası” tamaşasını izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərində Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Natalya Şarovskaya, Salman Bayramov, aktyorlar Murad Məmmədov, Olqa Arsentyeva, Milana Sokolenko, Aleksey Saprıkin, Yaqub Zeynalov və başqaları iştirak edəcəklər.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #