ABŞ-da rejissor Coel Sousun ekranlaşdırdığı “Pas” filminin çəkilişləri zamanı atışma səhnəsində aktyor Alek Boldvinin istifadə etdiyi silahdan açılan atəş zamanı 43 yaşlı operator Qalina Xatçinsin ölümünə, filmin rejissorunun isə yaralanmasına səbəb olan aktyor Alek Boldvin hadisədən sonra ilk dəfə danışdı.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrin suallarını cavablandıran 63 yaşlı aktyor bildirib ki, istintaq davam etdiyi üçün onun detallı şəkildə danışmasına icazə verilmir.
"Sante Fe polisinin əmrinə əsasən bir qadının ölümü ilə bağlı istintaq davam etdiyi üçün heç bir suala cavab verə bilmirəm. O, qadın mənim dostum idi. Birlikdə film çəkən çox yaxşı heyət idik. Ancaq sonluq belə qorxunc hadisə ilə nəticələndi. Trilyonda bir ehtimal olunan hadisə həqiqət oldu”.
Aktyor həmçinin qeyd edib ki, insanların təhlükəsizliyi üçün bundan sonra film və serial çəkilişlərində odlu silahlardan istifadə olunmaması üçün əlindən nə gəlirsə edəcək.