Həmyerlimiz Osloda konsert verəcək

Həmyerlimiz Osloda konsert verəcək
31 avqust 2016
# 10:27

Noyabrın 13-də azərbaycanlı gənc balet ulduzu Ülvi Əzizov Norveçin paytaxtı Osloda keçiriləcək “Etoile Ballet Gala” adlı qala-konsertdə çıxış edəcək.

Konsert proqramı “Oslo Konserthus” səhnəsində baş tutacaq. Həmçinin, konsert çərçivəsində Paris, Praqa, Berlin, Budapeşt və başqa şəhərlərin məşhur teatrların balet ulduzları da çıxış edəcək.

Qeyd edək ki, Ü.Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. /Azərtac/

# 807 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #