Məşhur müğənninin qızı vəfat etdi

Məşhur müğənninin qızı vəfat etdi
27 iyul 2015
# 09:51

Müğənni Uitni Hyustonun 22 yaşlı qızı Bobbi Kristina Braun vəfat edib. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə o, altı ay ərzində koma vəziyyətində qalmışdı.

Bir müddət əvvəl xəstənin yaxınları onun müalicəsini dayandırmaq qərarına gəlmişdilər. Belə ki, həkimlər Kristinanı sağalda bilməyəcəklərini etiraf etmişdilər.

Xatırladaq ki, Bobbi Kristina bu il, yanvarın 31-də vannada huşsuz vəziyyətdə tapılmışdı. Ekspertlərin fikrincə o, suyun altında iki-beş dəqiqə ərzində qalıbmış.

Onu ölümdən xilas etmək mümkün olsa da, Bobbi komaya düşüb. Bundan sonra məşhur müğənninin qızı süni cihazlara bağlı olaraq yaşayıb.

Bobbi Kristina müğənnilər Uitni Hyuston və Bobbi Braunun qızıdır. Mərhum Hyustun bütün varidatına qızına vəsiyyət etmişdi.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #