Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsi ilə birgə tədbir keçirib.
Kulis.az xəbər verir ki, tədbir qadağan olunmuş onlayn qumar oyunlarının sosial şəbəkələrdə reklamına qarşı yönəlib.
Araşdırmalar nəticəsində sosial mediada aktiv olan bir neçə influenserin qanunsuz qumar və mərc oyunlarını reklam etdiyi müəyyən edilib. Bu məqsədlə müxtəlif hesab və kontentlərin təbliğ olunduğu aşkarlanıb.
Bununla əlaqədar 17 nəfər kiberpolis tərəfindən aşkar edilərək Baş İdarəyə gətirilib və onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumata görə, saxlanılan şəxslər arasında tanınmış reper Əkbər Novruzlu (Epi) da var.