Prometeyin Suraxanıda tutulması

Prometeyin Suraxanıda tutulması
6 sentyabr 2019
# 20:42

Kulis Təranə Vahidin “Prometey” essesini təqdim edir.

Məhlədə hamı onu “Prometey” çağırırdı. Kimin işığı sönsə, özünü Simurq quşu kimi yetirib yandırırdı.

Bir gün sahə müvəkkili başının dəstəsi ilə gəlib Prometeyi polis bölməsinə apardı, ipə-sapa yatmayan Prometeyi zəncirlədi, sonra adına cinayət işi açıldı, şahidlər tapıldı, məhkəmə neçə ay çəkdi, axırda belə bir hökm oxundu: Bizim eradan əvvəl od oğurladığına görə Suraxanıda yaşayan “Prometey” 3 il müddətinə azadlıqdan məhrum edilsin!

O gedəndən məhlədə işıq yanmır, hamı əliçıraqlı Prometeyi axtarır...

# 1751 dəfə oxunub

Müəllifin son yazıları

# # #