Yazıçı Kamal Abdulla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü seçilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar AMEA-da ümumi yığıncaq təşkil olunub.
AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib.