“Şəfalı xatirələr” adlı sənədli film hazırlandı

“Şəfalı xatirələr” adlı sənədli film hazırlandı
24 dekabr 2022
# 15:00

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və Sənədli filmlər studiyası 44 günlük Vətən müharibəsində həkimlərimizin fədakarlıqlarından bəhs edən film ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, Müdafiə Nazirliyinin tibb xidmətinin həkimlərinin İkinci Vətən müharibəsi zamanı fəaliyyətlərini əks etdirən “Şəfalı xatirələr” sənədli filmində Vətən müharibəsi zamanı həkimlərimizin də əsgərlərimiz kimi ön cəbhədə döyüşündən bəhs edilir. Onların qorxmaz, mərd şəkildə yaralı hərbçilərimizə kömək üçün can atması da kadrlarda öz əksini tapıb.

Qeyd edək ki, “Şəfalı xatirələr” sənədli filminin rejissoru və ssenarisi Rövşən Nicat, quruluşçu operatoru isə Elxan Rüstəmovdur. Film dekabrın 25-də saat 17:00-da televiziyada yayımlanacaq.

# 961 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #