Bu gün son zəng çalınır - Şeir

Bu gün son zəng çalınır - Şeir
14 iyun 2019
# 18:51

Mina Rəşid

Son zəng

Bu gün son zəng çalınır

Həyəcanlıyam yaman.

Məni sevinclə qüssə

Bağrına basır bu an.

...Necə balaca idim

Müəllimim deyirdi.

Amma mən dərslərimi

Çox yaxşı söyləyirdim...

Yanımdakı hörüklü

Qızdan xoşum gəlirdi.

O da mənə baxanda

Şirin-şirin gülürdü.

İndi gənc bir qız olmuş

Mən də cavan bir oğlan.

Xalam "maşallah!" deyir,

Müəllimim "Nər oğlan!"

Fəqət qəlbimdə nisgil

Yurdumuz yad əlində.

Necə nəğmə söyləyim

Bu yaralı könlümdə?

Məktəbi bitirmişəm

Nigaranam Vətəndən...

Daha böyümüşəm mən

Bir əsgərəm bu gündən!

# 4382 dəfə oxunub

Müəllifin son yazıları

# # #