Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
M. Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub: “Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.
Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.
- Rostropoviç yad edilib
- Qan Turalı Həmid Herisçiyə cavab yazdı
- "Molla Nəsrəddin" necə Allahsızlar İttifaqının orqanına çevrildi?
Qeyd edək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.