“Uzaqda ucalan dağlar"ın təqdimatı keçiriləcək

“Uzaqda ucalan dağlar"ın təqdimatı keçiriləcək
19 oktyabr 2016
# 16:31

Kitabsevərlər" qrupu “Uzaqda ucalan dağlar" romanını çap edib. Kulis.azın məlumatına görə kitab Azərbaycan rəssamlığının ən önəmli simalarından, mənzərə və portret janrları ustası Bəhruz Kəngərlinin qısa, lakin rəngarəng həyatına həsr olunub.

Əsərdə kifayət qədər mənalı və nisbətən sentimental ömür yaşayan rəssamın yaratdığı yaddaqalan rəsmlərin bəzilərinin tarixçəsi təfərrüatı ilə təsvir edilib.

Yazıçı Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli əsəri olan “Uzaqda ucalan dağlar” romanı həm də rəssam həyatından bəhs edən yeganə Azərbaycan romanıdır.

Həm bədii-estetik baxımdan, həm də Bəhuz Kəngərlinin həyatının öyrənilməsi baxımından önəmli olan bu gözəl əsərin yalnız arxivlərdə və köhnə kitabxana rəflərində qalmasını istəməyən "Kitabsevərlər" qrupu, bu əsəri köhnə kirill əlifbasından yeni latın qrafikalı əlifbaya çevirərək nəşr etdirib.

“Uzaqda ucalan dağlar" "Kitabsevərlər" qrupunun sayca 13-cü nəşridir.

Kitabın təqdimatı Oktyabr ayının 23-də, saat 14:00- dan 17:00- dək Kitabevim.az Kitab Evində baş tutacaq.

# 1008 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #