Kuklaçıların yeni il hədiyyəsi

Kuklaçıların yeni il hədiyyəsi
15 dekabr 2014
# 15:34

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə öz tamaşaçılarını sevindirməyə hazırlaşır.

Tamaşaçılar dekabrın 26-dan yanvarın 4-dək teatrın baş rejissoru Qurban Məsimovun rejissoru olduğu “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı tamaşaya baxacaqlar.

Qurban Məsimovun sözlərinə görə, tamaşada balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışıblar: “Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”.

# 1100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #