Xalq artistinin ayağı sınıb

Xalq artistinin ayağı sınıb
9 yanvar 2013
# 10:17

Azərbaycanın Xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru Amaliya Pənahovanın ayağı sınıb. Bu barədə Modern.az saytına aktrisanın özü məlumat verib. Artıq 3 gündür ki, ayağı gipsə salınan Amaliya Pənahova həkimlərin məsləhəti ilə bir aya yaxın yataq və oturaq rejimdə olacaq.

“İşə gedərkən ayağım burxuldu, yıxıldım. Sonra həkimə apardılar və bəlli oldu ki, ayağım sınıb. 3 gün olar ki, ayağım gipsdədir, oturaq vəziyyətdə qalmışam. Həkimlər deyir ki, azı bir aya yaxın ayağım gipsdə qalacaq. Təbii ki, həmişə hərəkətdə olan adam üçün bir ay oturaq vəziyyətdə qalmaq çox çətindir. Allaha pənah, görək də, necə olacaq...”.

Sənətşünaslıq elmləri doktoru Amaliya Pənahova 1964-cü ildən bu günədək teatr və kino səhnəsində fəaliyyət göstərir. Aktisa 1992- ci ildən yaratdığı Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəridir.

# 2390 dəfə oxunub

Müəllifin son yazıları

# # #