“Əsmərin sehrli zənbili" yenidən nəşr edildi

“Əsmərin sehrli zənbili" yenidən nəşr edildi
1 mart 2019
# 17:54

Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili” adlı kitabı yenidən nəşr olunub.

Kulis.az xəbər verir ki, “Bakı Uşaq Nəşriyyatı” kitabın kiçik oxucular tərəfidən böyük maraqla qarşlandığını nəzərə alaraq kitabı yenidən çap edib.

“Alabaş və ördəklər”, “Xallı pişiklə Boranın dostluğu” , “Paxıl toyuq”, “Dərdli kirpi”, “Aslanın məsləhəti”, “Lovğa tülkü”, “Tülkü ilə qazların əhvalatı”, “Çiçəkləri yolan qız”, “Əlcək”, “Leylanın səhvi”, “Əsmərin sehrli zənbili” uşaqları lovğalıq, paxıllıq, pislik kimi mənfi xüsusiyyətlərdən çəkindirir, onlara doğru yolu aşılayır.

Kitabıın tərtibtiçi Rəşid Qasımov, redaktoru Mirmehdi Ağaoğlu, rəssamı Vəfa Babayeva, dizayneri Elçin Cəfərovdur.

Kitabı Bakı və regionlarda kitab mağazalarından və iri marketlərdən əldə etmək olar.

# 2414 dəfə oxunub

Müəllifin son yazıları

# # #