Məhəmməd peyğəmbər və digər İslam müqəddəslərinin təsvir olub-olmaması son zamanlar geniş müzakirə olunur. Bir sıra tarixi əsərlərə nəzər yetirdikdə isə Məhəmməd peyğəmbərin təsvirinin olduğunu görürük. Bu rəsmlərin bəzilərində peyğəmbər alov formasında təsvir olunur. Digər qismində isə peyğəmbərin yalnız üzü gizli saxlanılır. XIV əsrdə Elxanilər hökmdarı Qazan xanın dövründə yazılmış “Cəmiüt-Təvarix” əsərində isə peyğəmbərin üzü açıq şəkildə təsvir olunub.
Kulis.az Orta əsrlər aid bu miniatür əsərləri təqdim edir.