Pompeydə antik irslə müasir popu birləşdirən layihə

Pompeydə antik irslə müasir popu birləşdirən layihə
3 avqust 2026
# 15:30

İngilis pop rəssamı Filip Kolbert Pompey antik şəhərinə 30 nəhəng xərçəng heykəli gətirərək ən böyük layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, "Philip Colbert in Pompeii: Pop Mythology" adlı sərgidə antik irs ilə müasir pop mədəniyyəti arasında dialoq qurulur.

Rəssamın paslanmayan poladdan hazırladığı nəhəng fiqurlar antik evlər, sütunlar və məbədlər arasında yerləşdirilib.

Bu layihə təxminən 30 illik fasilədən sonra Pompey Arxeoloji Parkında təşkil olunan ilk müasir heykəltaraşlıq sərgisidir.

Qeyd edək ki, Filip Kolbertin bu unikal sərgisi 2027-ci ilin əvvəlinə qədər ziyarətçilər üçün açıq olacaq.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər