Umberto Eko abortdan yazdı

Umberto Eko abortdan yazdı
12 may 2014
# 14:59

İtalyan yazıçısı və filosofu Umberto Ekonun “Wikileaks”, abort, Foma Akvinski, Viktor Hüqo, internetdəki informasiya səs-küyü haqda “Özünə düşmən yarat” adlı esselər kitabı çap olunub.

Kitab formaca və məzmunca kompilyativdir (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilən əsər).

Son on ildə dünyada baş verənlər haqda yazılmış 15 mürəkkəb mətnin çoxu Ekonun müxtəlif tematik jurnalların sifarişi əsasında hazırladığı esseləri və konfranslardakı çıxışlarıdır.

Yazıçı kitabda bu məsələlərə toxunur: niyə insanlara mütləq özünə düşmən yaratmaq lazımdı? İnsan embirionlarında nə zaman can əmələ gəlir? Texniki proqress diplomatik xidmətin mahiyyətini necə dəyişir?

Mətnlər daha çox zarafat və parodiya xarakteri daşıyır.

# 1969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #