“Ən yaxşı sevgi mesajı”

“Ən yaxşı sevgi mesajı”
27 yanvar 2014
# 12:15

Ən çox siz sevirsiniz? Ən romantik sizsiniz? Onda sevginizin böyüklüyünü, romantikliyini hər kəs görsün. Beynəlxalq Sevgililər Günü üçün “ən yaxşı sevgi mesajı”nı siz yazın və sevgilinizə hədiyyə bəxş edin.

Ailem.az-ın “Ən yaxşı sevgi mesajı” müsabiqəsi məhz sizin üçündür.

Bu gündən etibarən başlayacaq müsabiqədə Sevgililər Günündə sevgilinizə yazacağınız ən romantik mesajı [email protected] ünvanına göndərin, mesajınız birinci olsun.

Mesajlarınız maksimum bir sms həcmində - 160 simvoldan ibarət olmalıdır.

Müsabiqə fevral ayının 10-a qədər davam edəcək. 10-13 fevral tarixində müsabiqənin qalibləri müəyyənləşdiriləcək. Fevralın 14-də isə qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək və onlara hədiyyələri təqdim olunacaq.

Müsabiqənin münsiflər heyəti 3 nəfərlik tərkibdən ibarətdir. Bunlar - Kulis.az internet dərgisinin baş redaktoru, yazıçı-publisist Qan Turalı, bu dərginin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibi, jurnalist Vüsalə Məmmədova və tanınmış şairə Sevinc Çılğındır.

Münsiflər heyətinin seçəcəyi 3 qaliblə yanaşı, “Facebook” və “Tvitter” sosial şəbəkələrində ən çox bəyənilən mesajların sahibləri də mükafatlandırılacaq. “Facebook”da ən çox “like” qazanan, “Tvitter”də isə ən çox paylaşılan mesajlar qalib elan ediləcək. Bundan başqa, ailəm.az saytında keçiriləcək səsvermə ilə sayt oxucularının seçdiyi qalib müəyyənləşəcək.

Müsabiqədə münsiflər heyətinin birinci yerə layiq gördüyü mesajın sahibinə planşet, ən yaxşı ikinci mesajın sahibinə isə mobil telefon hədiyyə ediləcək.

Üçüncü yerin sahibi, eyni zamanda, ailəm.az, “Facebook” və “Tvitter” sosial şəbəkələrində qalib olan şəxslərə isə parfüm hədiyyə ediləcək.

“Ən yaxşı sevgi mesajı” müsabiqəsinin şərtləri:

1. Mesajlar Azərbaycan dilində yazılmalıdır.

2. Mesajların həcmi 160 simvoldan (boşluqlarla bərabər) artıq olmamalıdır.

3. Müsabiqə üçün göndərilən bütün mesajlar Ailem.az saytında dərc olunacaq.

4. İştirakçılar [email protected] ünvanına mesajla birlikdə məktubda özləri haqqında məlumat (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

# 2854 dəfə oxunub

Müəllifin son yazıları

# # #