Arif Babayev: "Səhnə üçün darıxmışam"

Arif Babayev: "Səhnə üçün darıxmışam"
20 fevral 2021
# 11:04

“Demək olar ki, yaşamaq istədiyim hər şeyi yaşamışam”.

Bu sözləri bu gün 83 yaşı tamam olan Xalq artisti, professor Arif Babayev Kulis.az-a açıqlamasında bildirib. Təntənəli ad günü keçirtmədiyini bildirən Xalq artisti bundan sonra ən böyük arzusunun yenidən səhnəyə çıxıb oxumaq olduğunu deyib:

“Təşəkkür edirəm yada salmısınız. 83 yaşımı tamam edirəm. Təntənəli ad günü keçirmirəm. Ən böyük arzum bu idi ki, Qarabağ torpağına gedim yerimi-yurdumu gəzim. Camaatımla görüşüm. Şükür Allaha bu arzum hasil oldu. Amma elə şeylər var ki, onlar ürəkdə gizli qalır. Amma demək olar ki, yaşamaq istədiyim hər şeyi yaşamışam. Hər şey qaydasındadır Bundan sonra içində özüm olmaqla hamıya sağlam can arzu edirəm. Sağalım tezliklə sərbəst gəzə bilim.

Yaxşı nəvələrim var. Onlarla başımı qatıram. Səhnə üçün, oxumaq üçün darıxmışam. Bir az soyuqlamışam. Ona görə efirə çıxmıram. Çıxanda da oxumuram. Çünki danışmağa çətinlik çəkirəm hələ. Amma ümidliyəm ki, yenidən qavalımı əlimə alacam.”

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #