Dəlixanaya düşən 5 yazıçı

Dəlixanaya düşən 5 yazıçı
9 iyul 2019
# 17:01

Dəlixana ancaq dəlilər üçün nəzərdə tutulmayıb. Dəlixananın yolundan dahi yazıçılar, filosoflar, şairlər də keçməli olub. Kulis.az yolu dəlixanadan keçmiş 5 yazıçı haqda arayışı təqdim edir.

Fridrix Nitsşe

Image result for Fridrix Nitsşe

İddialara inansaq F. Nitsşe 1889-cu ildə ağlını itirəndə dostlarına qısa və cəfəng məktublar göndərib. Sahibi tərəfindən qırmanclanan bir atın boyuna sarılıb ağlamaya başlayıb, sonra da huşunu itirib. Dəliliyin şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilib. Dostlarının xəstəxanaya yerləşdirdiyi Nitsşe həkimlər və tarixçilər tərəfindən müalicə olunmağa başlayıb. Dahi filosof 1900-cü ilin 25 avqust tarixində dünyadan köçüb.

Silviya Plat

Image result for Silviya Plat

S. Platın xəstəliyi bir çox mübahisələrə səbəb olub. Xüsusən də məşhur avtobioqrafik “Şüşə qapaq altında” romanından sonra. Həyatının böyük bir hissəsini depressiya vəziyyətdə keçirən Plat üçün elektroşok müalicəsi məsləhət görülüb. Müalicə 1953-cü ilin iyun ayında başlayıb. Elə həmin ilin avqustunda Plat intihara cəhd edib. Daha altı ay davam edən elektroşok və insulin müalicəsi onun cəmi 10 il yaşamağına kömək edib. Qayğıkeş ana Plat ölümünü dəqiqliklə hazırlayıb: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayıb. Sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtüb. Yuxu dərmanı qəbul etdikdən sonra qaz sobasını açır və başını sobaya yaxınlaşdırıb yatır.

Enn Sekston

Image result for En Sekston

Başqa bir faciəvi şairə E. Sekston həyatının böyük qismini dəlixanalarda keçirib. Sekston şeir sənətinə marağı “Qlensayd” hospitalındakı terapisti Dr. Martin Ornun məsləhəti ilə yaranıb. Yəqin ki, Sekstonun əsərlərinin daha çox dəlilik və zehni ağrılar üzərində qurulmasının səbəbi də məhz budur. Sekston da eynən Plat kimi intihar edib.

Zelda Fitscerald

Image result for Zelda Fitzgerald

İsveçrədə yerləşən “Prengins” klinikasında 15 aylıq müddət daxil olmaqla bir çox dəlixanalarda müalicə olunan Z. Fitsceralda şizofreniya diaqnozu qoyulub. Z. Fitscerald 1948-ci ildə Eşvilldə insulin şoku müalicəsi aldığı dəlixanadakı yanğın nəticəsində həyatını itirib.

Paulo Koelyo

Related image

Paulo Koelyo yeniyetməlik dövründə dəlixanaya göndərilib. Dəfələrlə xəstəxanadan qaçsa da, yenidən oraya qaytarılıb. Nəhayət 20 yaşında xəstəxanadan çıxıb. Yazıçı yaşadıqlarını belə qələmə alıb: “Tibbi sənədlərdəki səbəblər çox bayağı idi. Məktəbdə özünə qapanıq və bədbəxt olduğum göstərilmişdi. Dəli deyildim, sadəcə həqiqətən yazıçı olmaq istəyən 17 yaşlı uşaq idim. Bunu heç kim başa düşmədiyi üçün aylarla bir otağa qapadıldım və ağzımacan sakitləşdirici dərmanlar içirtdilər. Müalicəm sırf elektroşokdan ibarət idi. Bir gün bu yaşadıqlarımı yazmağa və beləcə, gənc insanlara həyatlarımızın ən erkən mərhələlərindən etibarən öz xəyallarımız uğrunda mübarizə aparmağın məcburiyyətindən bəhs edəcəyimə söz verdim”.

# 3946 dəfə oxunub

Müəllifin son yazıları

# # #