“Azdrama”dan uşaqlara Novruz sürprizi

“Azdrama”dan uşaqlara Novruz sürprizi
18 mart 2019
# 14:16

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehrli sandıq” şənliyini təqdim edəcək.

Teatrın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Könül Məmmədovanın “Sehrli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Şənlikdə aktyor Rüstəm Rüstəmov, (Dədə Qorqud), əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa), Elçin Hacıyev (Keçəl) iştirak edir.

Şənlik 20, 21, 22, 23 mart tarixlərini əhatə edəcək və saat 11:00, 13:00, 15:00-da təqdim olunacaq.

# 2328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #