Xalq artisti vəfat edib

Xalq artisti vəfat edib
20 fevral 2014
# 11:20

Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib.

Day.az-ın məlumatına görə, Firəngiz Şərifova həm də "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir.

Bununla bağlı Eldar Qasımov bu günə nəzərdə tutulan konsertini təxirə salıb. O, konsertini başqa günə keçirəcək və nənəsinin xatirəsinə həsr edəcək.

Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadənin qızıdır. Firəngiz Şərifova Abbas Mirzə Şərifzadə, qısametrajlı sənədli filmində, "Bayquş gələndə", "Bir ailəlik bağ evi", "Bizim küçənin oğlanları", "Dağlı çörəyi", "Ən vacib müsahibə", "Gümüşgöl əfsanəsi", "Xüsusi vəziyyət", "Qaraca qız", "Qərib cinlər diyarında", "Qətl günü" kimi filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

Musavat.com

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

# # #