Eko dəfn edildi

Eko dəfn edildi
25 fevral 2016
# 17:53

Məşhur yazıçı Umberto Eko son mənzilə yola salındı. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə 84 yaşında vəfat edən Umberto Ekonun cənazə mərasimi Milandakı Castello Sforzesco-da keçirilib.

Vida mərasimində Ekonun cənazəsinin yanına 41 il işlədiyi Bolonya Universitetində istifadə etdiyi professor cübbəsi də qoyuldu. Yazıçı ilə vida mərasiminə İtaliya Mədəniyyət naziri, Təhsil naziri ilə yanaşı bir sıra şəhərlərin bələdiyyə rəhbərləri də iştirak edib.

Mərasimə qatılan oskarlı aktyor Roberto Benini “Eko kimi adamlar göydə deyil, yerdə olmalıdır” fikrini bildirib.

# 830 dəfə oxunub

Müəllifin son yazıları

# # #