Leonard Koen vəfat etdi

Leonard Koen vəfat etdi
11 noyabr 2016
# 09:31

Kanadalı yazıçı, şair və musiqiçi Leonard Koen Los-Ancelesdə vəfat edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə məlumatı Koenin ailə üzvləri və Sony Music Canada səsyazma kompaniyası da təsdiq edib.

Musiqiçinin ölüm səbəbi dəqiqləşməyib.

Onun 82 yaşı vardı.

Leonard Koen 21 sentyabr 1934-cü ildə Kanadada anadan olub. 1956-cı ildə ilk şeirlər toplusu, 1963-cü ildə ilk romanı nəşr olunub. Koenin musiqiçi karyerası o, 1967-ci ildə ABŞ-a köçdükdən sonra başlayıb.

Onun musiqiləri bir çox filmdə səsləndirilib. "Hallelujah" kompazisiyası isə ən sevilən bəstələrdəndir.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #