Canlı yayımda seks

Canlı yayımda seks
27 fevral 2015
# 18:14

Əvvəllər İngiltərədə yayımlanan və diqqət çəkən “Sex box” (Sek qutusu) adlı proqramın ABŞ-da da başlayacağı bildirilir.

Münasibətləri düzəltmək məqsədilə təşkil olunan proqramda cütlüklər səhnədə pəncərəsi olmayan kiçik bir otağa girəcək və sekslə məşğul olacaq.

Bu vaxt studiyadakılar onların işinin bitməsini gözləyəcək.

Ciddi tənqidlərə məruz qalan yarışmanın keçirilməməsi üçün 38 min nəfərin imza verdiyi bildirilir.

Amma buna baxmayaq verilişin bu gün yerli saatla 22:00-da başlayacağı bəyan edilib.

“Sex box”un İngiltərə versiyasında üç terapevt cütlüklə görüşüb onların münasibətlərindəki problemləri incələyirdi.

Daha sonra terapevtlərdən biri “Seks qutusuna girməyə hazırsınız?” sualını verirdi.

Proqramda çılpaq görüntülər yoxdur, cütlüklərin qutudan paltarlı çıxmasına səhnə görəvliləri nəzarət edir.

# 10996 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #