"Güdük Nəcmi" öldü

"Güdük Nəcmi" öldü
31 mart 2017
# 17:31

Türkiyənin məşhur kinoaktyoru Xalid Akçatepe 79 yaşında vəfat edib.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, aktyor bu gün İstanbulda dünyasını dəyişib.

Sənətçi bir müddət idi İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.

Xalit Akçatepe 1 yanvar 1938-ci ildə İstanbulda anadan olub.

1975-ci ildə lentə alınan “Hababam sınıfı” filmindəki Güdük Nəcmi obrazı ona böyük şöhrət qazandırıb.

Kinoaktyor 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb, üç filmin ssenari müəllifi olub.

# 1171 dəfə oxunub

Müəllifin son yazıları

# # #