Kulis.az "Bazar oxusu" layihəsindən Qulu Ağsəsin “Şuşa” şeirini təqdim edir.
Özün dağ başına qoyan şəhərin
ayağın Xankəndi yuyurdu
- "Qaya" qrupu "Laçın" VİDEO
- "Indiana Jones and the Dial of Doom" filminin treyleri yayımlandı
- Sanki mən məsciddə sərxoşam – Leyla Sarabi
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.
Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...”